İranla münaqişə “El Al” aviaşirkətinə 55 milyon dollar zərər vurub

Reklam sahəsi

İsrailin milli aviadaşıyıcısı “El Al” şirkətinin İranla münaqişə səbəbindən çəkdiyi zərər 55 milyon dollar təşkil edib.

Elchi.az xəbər verir ki, bu barədə aviaşirkətin maliyyə hesabatına istinadən “Reuters” agentliyi məlumat verib.

İtki yazın əvvəlində, ABŞ ilə birgə İrana qarşı keçirilən hərbi əməliyyatın başlamasından sonra İsrail hava məkanının bağlanması ilə bağlıdır. Aprelin 8-də atəşkəs razılaşması əldə olunduqdan sonra regionda aviadaşımalar üzrə vəziyyət normallaşıb.

Bununla belə, bir çox iri beynəlxalq aviaşirkətlər Tel-Əvivə reysləri bərpa etməyiblər. Bunun sayəsində “El Al” daşınma həcmini əhəmiyyətli dərəcədə artırıb. Bu ilin ikinci rübündə aviaşirkət mənfəətini keçən ilin eyni dövrü ilə müqayisədə iki dəfə artıraraq 132 milyon dollara çatdırıb. Artan tələbat fonunda daşıyıcı təyyarələrində sərnişin tutumunu 10% artırmağı planlaşdırır.

Məryəm

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir