Netanyahu Trampın çağırışına baxmayaraq, Qəzzaya zərbələri dayandırmaqdan imtina edib

Reklam sahəsi

İsrail HƏMAS tamamilə ləğv olunana qədər Qəzza zolağındakı mövqelərini tərk etməyəcək.

Elchi.az – ın məlumatına görə, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu “Facebook” səhifəsində dərc olunan videomüraciətində bildirib.

İsrail Baş nazirinin sözlərinə görə, Ağ ev HƏMAS-ı silahsızlaşdırmağa və Qəzza zolağını silahsızlaşdırılmış zonaya çevirməyə məcbur edə biləcəyini düşünür. Lakin İsrail təklif olunan layihə ilə (Qəzzada tənzimləmə üzrə Sülh Şurasının layihəsi – red.) razılaşmır və artıq informasiya kampaniyası başlamazdan əvvəl öz şərh və qeydlərini göndərib.

“Bu bizim layihəmiz deyil. Biz öz maraqlarımızın arxasında möhkəm dayanırıq”, – Netanyahu bəyan edib.

İsrail Baş naziri həmçinin bildirib ki, İsrail Müdafiə Qüvvələrinin əsgərlərinə özlərini, dövlətin ərazisini və İsrail vətəndaşlarını qorumaq üçün lazımi hər şeyi etmək əmri verib.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir