Medvedev Ukraynanı AES-ə zərbə endirməklə HƏDƏLƏYİB

Reklam sahəsi

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedev bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin hərəkətləri nəticəsində atom elektrik stansiyasında fəlakətli qəza baş verərsə, Ukrayna AES-lərinə və ya NATO ölkələrinə simmetrik zərbə endirilə bilər.

Elchi.az xəbər verir ki, “Rosatom” şirkətinin baş direktoru Aleksey Lixaçev daha əvvəl bəyan etmişdi ki, şənbə günü Ukraynaya məxsus döyüş pilotsuz təyyarəsi Zaporijjya AES-in 6-cı blokunun turbin korpusunu vurub və partlayıb.

Zavodun mətbuat xidmətindən bildirilib ki, tələfat və kritik dağıntı yoxdur, proseslərdə heç bir fasilə qeydə alınmayıb, radiasiya səviyyəsi normaldır.

Medvedev Max platformasındakı kanalında yazıb: “Bu cür hərəkətlərə cavab Ukraynanın AES-ə, eləcə də münaqişədə iştirak edən NATO ölkələrinin atom elektrik stansiyalarına simmetrik zərbə ola bilər”.

                                                                                                                                            Yeganə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir