İtaliyada güclü istilər: 27 şəhərdə qırmızı həyəcan
İtaliyada şiddətlənən isti hava dalğası səbəbindən bütün 27 böyük şəhər üçün ən yüksək səviyyəli “qırmızı həyəcan” xəbərdarlığı elan edilib.
Elchi.az xəbər verir ki, İtaliyanın ANSA agentliyinin məlumatına görə, ölkədə davam edən həddindən artıq isti hava gündəlik həyata mənfi təsir göstərir.
İtaliya Səhiyyə Nazirliyi tərəfindən dərc edilən bülletenə görə, artıq 25 şəhərdə qüvvədə olan 3-cü səviyyəli “qırmızı həyəcan” sisteminə daha iki şəhər əlavə edilib.
Qırmızı həyəcan siqnalı altında olan şəhərlərin bəzi ərazilərində hava temperaturunun 40 dərəcə Selsiyə çatacağı gözlənilir və isti hava dalğasının ən azı bir həftə davam edəcəyi proqnozlaşdırılır.
Səhiyyə Nazirliyi bildirib ki, “3-cü səviyyə” qırmızı həyəcanı uzun müddət davam edən həddindən artıq isti havanın bütün əhali üçün sağlamlıq riski yaratdığı anlamına gəlir. Nazirlik qeyd edib ki, xəbərdarlıq yalnız yaşlıları, uşaqları və xroniki xəstəlikləri olanları deyil, həm də sağlam fərdləri əhatə edir.
İtaliya bu il dördüncü şiddətli isti hava dalğasını yaşayır və əvvəlki isti hava dalğaları həddindən artıq isti hava səbəbindən ölümlərə səbəb olub.
Şayəstə