Aİ xəbərdarlıq etdi: Yanğınlar bütün Avropanı bürüyə bilər
Avropa İttifaqı (Aİ) xəbərdarlıq edib ki, tezliklə bütün Avropanı təbii yanğınlar bürüyə bilər.
Elchi.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti ekspertlərə istinadən məlumat verib.
London İmperial Kollecinin professoru Qilyermo Reyn xəbərdarlıq edib ki, milli qüvvələrin, xüsusən də aviasiyanın tükənməsi Avropa ölkələrini bir-birinə kömək etmək imkanından məhrum edəcək — bu isə “Avropanın ən böyük meşə yanğınlarını söndürmək qabiliyyətini əhəmiyyətli dərəcədə azaldacaq”.
Qeyd olunur ki, Yunanıstan, İtaliya və Mərkəzi Avropanın bir hissəsi meşə yanğınları qarşısında ən həssas regionlar olacaq.
Avropanın “Copernicus” iqlim monitorinqi xidmətinin məlumatına görə, iyulun əvvəlindən bəri Avropada təbii yanğınlar səbəbindən yanan ərazilərin sürətlə artan sahəsi 500 min hektar həddinə yaxınlaşır. Nəşrdə bildirilir ki, yanğınlar rekord həddə karbon qazı tullantılarına səbəb olub — iyulun 22-dən 29-dək olan bir həftə ərzində 9 meqaton göstərici qeydə alınıb.
Məryəm