CENTCOM İranın Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatlarını təkzib edib
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran hakimiyyətinin Hörmüz boğazının bağlanması ilə bağlı növbəti bəyanatını təkzib edərək, beynəlxalq dəniz yolunun kommersiya gəmiçiliyi üçün açıq qaldığını bildirib.
Elchi.az xəbər verir ki, bu barədə CENTCOM-un “X” sosial şəbəkəsindəki bəyanatında bildirilib.
“İran hökuməti növbəti dəfə Hörmüz boğazının bağlandığını bəyan edir. Bu, yalandır”, – ABŞ komandanlığından vurğulayıblar.
CENTCOM-dan qeyd ediblər ki, Hörmüz boğazı ticarət gəmilərinin tranziti üçün açıqdır, İran isə bu beynəlxalq su marşrutuna nəzarət etmir.
Komandanlığın məlumatına görə, son dörd ay ərzində Hörmüz boğazından minlərlə ticarət gəmisi keçib.