Polşa qırıcıları Baltik üzərində Rusiya təyyarəsinə görə havaya qalxıb

Reklam sahəsi

Polşa Hərbi Hava Qüvvələrinin növbətçi qırıcı cütlüyü Baltik dənizi üzərindən uçan Rusiyanın “İl-20” təyyarəsini müşayiət etmək üçün havaya qaldırılıb.

Elchi.az xəbər verir ki, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamışın “X” sosial şəbəkəsində verdiyi məlumata görə, insident Polşanın sahilyanı Kolobjeq şəhərindən 40 km şimalda baş verib. Nazir vurğulayıb ki, bu dəfə də Polşanın hava məkanı pozulmayıb.

İyul ayı ərzində Polşa hərbçiləri bu cür dörd analoji halın baş verdiyini bildiriblər.

Məryəm

 

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir