Tramp Ukraynadakı münaqişənin həllinə çağırıb

Reklam sahəsi

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar Ukraynadakı münaqişənin həllini istəyir.

Elchi.az xəbər verir ki, o, ABŞ-ın Kiyevi silahlandırmaqdansa, sülhə can atdığını vurğulayıb.

“Biz Ukraynada Rusiya ilə müharibənin bitməsini istəyirik. Mən raketlər axtarmıram. Biz sülh axtarırıq”,– deyə Tramp “Financial Times”a müsahibəsində bildirib.

ABŞ Prezidentinin bu bəyanatı Ağ Evdə keçirilən görüşdən iki gün sonraya təsadüf edir; həmin görüşdən sonra Kiyev rejiminin rəhbəri Vladimir Zelenski iddia etmişdi ki, ABŞ lideri guya “Patriot” hava hücumundan müdafiə sistemi üçün sursat istehsalı texnologiyasının Ukrayna tərəfinə ötürülməsinə razılıq verib.

                                                                                                                                                                         Yeganə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir