Mərakeşdən İspaniyaya keçməyə çalışarkən 18 nəfər həlak olub

Reklam sahəsi

Mərakeşdəki Kastilyos sahillərindən Şimali Afrikadakı İspaniya ərazisi olan Seuta keçməyə çalışarkən 18 qanunsuz miqrant həlak olub.
Elchi.az xəbər verir ki, yerli medianın məlumatına görə, Seuta keçməyə çalışan qanunsuz miqrantlardan 18-i həyatını itirib.
Son bir həftə ərzində 1500 nəfər Mərakeşdən Seutaya, əsasən üzməklə keçib, lakin rəsmi rəqəmlər hələ açıqlanmayıb.
Nə baş verdi?
Mərakeşdəki Kastilyos sahillərindən Şimali Afrikadakı İspaniya ərazisi olan Seutaya üzməyə çalışan 800-dən çox qanunsuz miqrant tutulub.
İspaniyanın Baş naziri Pedro Sançez hökumətin hadisə ilə bağlı bütün mövcud resursları səfərbər etdiyini açıqladı.
İspaniya hökuməti Seuta istiqamətində qanunsuz miqrasiya cəhdlərinin artmasından sonra təhlükəsizliyi təmin etmək üçün bölgəyə silahlı qüvvələr yerləşdirmək qərarına gəlib.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir