SpaceX raket komponenti Aya çatmaq üzrədir

Reklam sahəsi

SpaceX-in Falcon 9 raketinin təxminən 5 tonluq yuxarı pilləsi 5 avqustda Aya saatda təxminən 8700 kilometr sürətlə düşəcək.
Elchi.az xəbər verir ki, astronomik obyektləri izləyən Project Pluto proqram təminatının tərtibatçısı Bill Qrey tərəfindən aşkar edilən hadisənin 5 avqustda saat 09:34 radələrində Ayın qərb tərəfindəki Eynşteyn krateri yaxınlığında baş verməsi gözlənilir.
Los Alamos Milli Laboratoriyasından tədqiqatçı Benjamin Fernando bildirib ki, raket komponenti zərbə zamanı buxarlanacaq və işıq parıltısı və toz və krater materialından ibarət püskürmə buludu yaradacaq.
Sözügedən raket komponenti 15 yanvar 2025-ci ildə Firefly Aerospace “Blue Ghost 1” və ispace “Resilience” Ay vasitələrinin buraxılışı zamanı missiyasını başa vurduqdan sonra orbitdə qalıb.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir