Aİ Ukraynaya daha 8,3 milyard avro vəd edib
Avropa İttifaqı (Aİ) Ukraynaya əlavə 8,3 milyard avro vəsait ayırmağı və Kiyevin ilin sonuna qədər bu vəsaiti əldə etməsi üçün yerinə yetirməli olduğu ciddi şərtlər toplusunu təsdiqləyib.
Elchi.az xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında məlumat verilib.
Sənəddə qeyd olunur: “Aİ Şurası ‘Ukrayna Mexanizmi’ (Ukraine Facility) çərçivəsində növbəti ödənişləri almazdan əvvəl Ukraynanın həyata keçirməli olduğu iddialı islahatlar yol xəritəsi olan ‘Ukrayna Planı’nı təsdiqləyib. Bu qərar 2026-cı il üçün əlavə 8,3 milyard avro məbləğində maliyyələşdirməni də əhatə edir”.
Bildirilir ki, Brüsselin tələblərinə Ukraynada korrupsiyaya qarşı mübarizə və hüququn aliliyi sahələrində yeni islahatlar daxildir.
Yeganə