Azərbaycanın ən çox ziyarət edilən qoruq və muzeyləri açıqlandı

Reklam sahəsi

2026-cı ilin ilk yarısında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən muzey və qoruqları ümumilikdə 463 min 965 nəfər ziyarət edib.

Bu barədə Elchi.az -ın sorğusuna cavab olaraq qurumdan bildirilib.

Məlumata görə, ziyarətçilərin 342 min 305 nəfəri muzeylərə, 121 min 660 nəfəri isə tarix-mədəniyyət qoruqlarına baş çəkib. Qoruqlara gələnlərin 70 min 787-si yerli, 50 min 873-ü isə xarici ziyarətçi olub.

Qoruqlar arasında ən çox ziyarət edilən məkan 63 min 906 nəfərlə Qobustan Milli Tarix-Bədii Qoruğu olub. Sonrakı yerlərdə Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu (22 min 259 nəfər), Quba şəhərində yerləşən “Soyqırımı Memorial Kompleksi” (17 min 224 nəfər), “Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğu (7 min 522 nəfər) və “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu (3 min 420 nəfər) qərarlaşıb.

Hesabat dövründə qoruqlardan 9-u “iTicket” platformasına qoşulub.

Muzeylərə gəlincə, ilk altı ayda onları 275 min 886 yerli, 66 min 419 xarici olmaqla ümumilikdə 342 min 305 nəfər ziyarət edib.

Ən çox ziyarətçi qəbul edən muzey Azərbaycan Milli Xalça Muzeyi və Şuşa filialı olub. Buraya 72 min 811 nəfər (23 min 307 yerli, 49 min 504 xarici) baş çəkib.

Azərbaycan Milli İncəsənət Muzeyini 24 min 685, Milli Azərbaycan Tarixi Muzeyini 14 min 395, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini 5 min 836 nəfər ziyarət edib. Digər muzeylər üzrə isə ümumi ziyarətçi sayı 224 min 578 nəfər təşkil edib.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir