Polşada Rusiya ilə müharibəyə dair bəyanat verilib

Reklam sahəsi

Polşanın müdafiə naziri Kosinyak-Kamış Rusiyanın ölkəyə hücum ehtimalını istisna edib.

Elchi.az xəbər verir ki, müdafiə naziri bu bəyanatı “RMF FM” radiosunda çıxışı zamanı səsləndirib.

“Ukraynadakı genişmiqyaslı münaqişəyə bənzər bir hücumu proqnozlaşdıran heç bir təxmin yoxdur”, – deyə o bildirib.

Eyni zamanda, Kosinyak-Kamış Rusiyanı guya yeni təxribatlar hazırlamaqda, həmçinin təxribat və təbliğat fəaliyyətlərini gücləndirməkdə ittiham edib.

Daha əvvəl Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiyaya qarşı sərt bəyanat verərək, Varşavanın potensial münaqişəyə hazır olduğunu bildirib. Sikorski vurğulayıb ki, Polşanın hərbi imkanları, eləcə də öz maraqlarını müdafiə etmək əzmi sürətlə artır.

                                                                                                                                                           Yeganə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir