Yaşayış icazəsi vəsiqələri elektronlaşdırılır
Yaşama icazələrinin verilməsi və müddətinin uzadılması ilə bağlı ümumilikdə 38884 müraciət qəbul edilib.
Elchi.az xəbər verir ki, bu barədə “Miqrasiya sahəsində media məlumatlılığı” mövzusunda keçirilən tədbirdə DMX-nin rəisi Vüsal Hüseynov bildirib.
“Belə ki, 36213 nəfərə mübəqqəti, 2671 nəfərə isə daimi yaşama icazəsi verilib. İş icazələri və müddətinin uzadılması ilə bağlı isə 5 mindən çox müraciət daxil olub”.