İordaniya Ordusu: İrandan atılan 5 raket vurulub
İordaniya ordusu İrandan atılan 5 raketin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu açıqladı.
Elchi.az xəbər verir ki, İordaniyanın rəsmi xəbər agentliyi PETRA-nın məlumatına görə, İordaniya Silahlı Qüvvələrinin sözçüsü bildirib ki, hava hücumundan müdafiə sistemləri müşahidə və izləmə fəaliyyətlərinin bir hissəsi olaraq günün əvvəlində İrandan ölkə ərazisinə atılan 5 raketi aşkar edib məhv edib.
Sözçü vurğulayıb ki, İordaniya Silahlı Qüvvələri ölkənin hava məkanını qorumaq, təhlükəsizliyini və suverenliyini qorumaq vəzifəsini davam etdirir və ölkənin təhlükəsizliyinə və vətəndaşlarının həyatına təhdid etmək cəhdlərinə dözülməyəcək.
Şayəstə