İtaliya 37 ildən sonra nüvə energetikasına qayıdır
İtaliya hökuməti Corca Meloninin rəhbərliyi altında ölkənin 1986-cı ildə Çernobıl AES-dəki qəzadan sonra imtina etdiyi nüvə energetikasına qayıdışı üçün zəmin hazırlayır.
Elchi.az xəbər verir ki, bu barədə AP məlumat verir.
Hökumət nüvə energetikasına az karbon emissiyalı elektrik enerjisi mənbəyi, iqlim dəyişikliyi ilə mübarizə vasitəsi və Ukrayna ilə İrandakı müharibələrin səbəb olduğu sarsıntılar fonunda enerji təchizatının sabitliyini möhkəmləndirmək üsulu kimi baxan yeni İtaliya nəslinə ümid bəsləyir.
Ekspertlər qeyd edirlər ki, hökumət bu cür dəstəyin 1986-cı il hadisələrindən sonra atom enerjisini hələ də risk və fəlakət prizmasından görən və iki dəfə ümumxalq referendumunda atom energetikasına qayıdışı rədd edən italyanların mövqeyini yumşaldacağına bel bağlayır.
Gələn həftə parlamentin hökumət tərəfindən irəli sürülən və yeni nəsil nüvə texnologiyaları üçün hüquqi çərçivə müəyyən edən qanun layihəsini təsdiqləyəcəyi gözlənilir.
Bundan sonra reaktorların lisenziyalaşdırılmasını, təhlükəsizlik standartlarını, tullantıların idarə olunmasını və yerlərin seçilməsini tənzimləyən icra fərmanlarını hazırlamaq üçün hökumətin 12 ay vaxtı olacaq.
Ən böyük siyasi maneə reaktorların tikintisi və tullantıların saxlanması üçün yerlərin tapılması ola bilər. Hər hansı gələcək reaktor və ya tullantı saxlanma məntəqəsi, böyük ehtimalla, yerli icmalar tərəfindən güclü müqavimətlə qarşılaşacaq.
Vaxtilə İtaliya Avropanın nüvə energetikası pionerlərindən biri olub. 1987-ci il referendumuna qədər ölkədə dörd reaktor fəaliyyət göstərirdi ki, bu referendum Çernobıl AES-dəki qəzadan sonra ölkənin atom proqramına faktiki olaraq son qoydu.
Məryəm