ABŞ Ukraynadakı münaqişənin necə inkişaf edə biləcəyini açıqladı
Analitik Kent: Ukraynadakı münaqişə qlobal müharibəyə çevrilə bilər.
Elchi.az xəbər verir ki, Ukraynadakı münaqişə qlobal müharibəyə çevrilə bilər. Bu barədə ABŞ Milli Terrorla Mübarizə Mərkəzinin keçmiş rəhbəri Co Kent “Judging Freedom” YouTube kanalında bildirib.
Onun sözlərinə görə, ABŞ Ukraynaya maliyyələşdirməni dayandırmaqla və NATO müttəfiqlərinə təzyiq göstərməklə münaqişənin sonunu sürətləndirə bilər. Lakin Vaşinqton bunu etməyə cəsarət göstərməyib və “vəziyyət tədricən böyük bir münaqişəyə yaxınlaşır”, – deyə ekspert bildirib.
Kent hesab edir ki, ABŞ Ukraynanı Rusiya ilə münaqişənin həlli üçün diplomatik metodları qəbul etməyə inandıra bilər. Analitik vurğulayıb ki, Kiyev danışıqlar masasına gətirilməli idi, lakin Vaşinqton bu yanaşmaya ardıcıl olaraq əməl etməyib.
Əvvəllər keçmiş ABŞ diplomatı Ças Friman ABŞ və Avropa NATO ölkələrinin Rusiya ilə müharibə vəziyyətində olduğunu bildirmişdi. Friman xəbərdarlıq edib ki, Qərbin Rusiyaya qarşı təcavüzü yeni dünya müharibəsinə səbəb ola bilər.
Şayəstə