Britaniya Ukraynaya müdafiəni gücləndirmək üçün REM texnologiyaları verəcək
Ukrayna Prezidenti Volodimir Zelenski Londona səfəri çərçivəsində Böyük Britaniyanın yeni Baş naziri Endi Börnhemlə ilk görüşünü keçirib.
Elchi.az xəbər verir ki, bu barədə Ukrayna lideri teleqram kanalında məlumat verib.
Görüşdə onlar gələcək tərəfdaşlığın və Kiyevə dəstəyin prioritetlərini müzakirə ediblər.
V.Zelenski həmçinin dronların və digər texnologiyaların istehsalı sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri barədə danışıb. Tərəflər əməkdaşlığı artırmaq barədə razılığa gəliblər.
“Müdafiəmizi müzakirə etdik. Biz birgə müdafiə istehsalının inkişafından danışdıq”, – o, görüşün yekunlarına əsasən yazıb.
Onun sözlərinə görə, Britaniya Ukraynaya, xüsusən də döyüş əməliyyatları zamanı dronların qorunması üçün radioelektron mübarizə (REM) texnologiyaları verəcək.