Husiçilər Səudiyyə Ərəbistanının neft obyektlərinə PUA hücumu etdiklərini bildirdilər

Reklam sahəsi

Yəmənin “Ənsar Allah” hərəkatından olan husi üsyançıları Səudiyyə Ərəbistanındakı neft nəqliyyatı obyektlərinə pilotsuz uçuş aparatları ilə zərbələr endirdiklərini bildiriblər.

Elchi.az xəbər verir ki, bu barədə qiyamçıların hərbi nümayəndəsi Yəhya Saria məlumat verib.

“Bir neçə pilotsuz uçuş aparatından istifadə edilməklə Səudiyyə Ərəbistanının şərqindən Yanbu limanına neft təchizatı və nəqliyyatının bir sıra həssas hədəfləri və məntəqələrinə zərbə endirilib”, — deyə o, özünün “Telegram” kanalında yazıb. Saria əlavə edib ki, bu hücum guya “Səudiyyə dronlarının Yəmənin hava sərhədlərini pozmasına” cavab olaraq həyata keçirilib.

Məryəm

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir