Bu il əlilliyi olan 2 100 şəxs işlə təmin edilib

Reklam sahəsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi əlilliyi olan şəxslərin məşğulluğunun artırılması istiqamətində tədbirlərini davam etdirir.

ƏƏSMN-dən Elchi.az-a verilən məlumata görə, cari ildə Agentliyin dəstəyi ilə 2 100 əlilliyi olan şəxs münasib işlə təmin edilib.

Bildirilib ki, onların əmək bazarına çıxışının artırılması məqsədilə peşə hazırlığı kursları təşkil olunub: “Cari ildə 224 əlilliyi olan şəxs bu kurslara cəlb edilib və təlimləri uğurla başa vuranların işlə təmin olunmasına dəstək göstərilib”.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir