İtaliyada etirazlar zamanı 120 polis xəsarət alıb

Reklam sahəsi

İtaliyada Val-di-Suza dərəsində Turin—Lion yüksəksürətli dəmir yolu xəttinin tikintisinə karşı çıxan “No TAV” hərəkatının iştirakçıları ilə polis arasında baş verən toqquşmalar nəticəsində 120 hüquq-mühafizə əməkdaşı xəsarət alıb.

Elchi.az xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Corca Meloni bəyan edib.

“Burada gördükləriniz müharibə səhnələri deyil, sözdə etiraz səhnələridir. Lakin bu, narazılıq ifadəsi deyil, mütəşəkkil, qəsdən törədilmiş zorakılıqdır və ona məhz bu cür yanaşılmalıdır”, — deyə Meloni vurğulayıb.

Baş nazir əmin edib ki, hökumət təqsirkarların müəyyən olunması və məsuliyyətə cəlb edilməsi üçün bütün səylərini əsirgəməyəcək.

Turin—Lion dəmir yolu magistralının tikintisinə qarşı etirazlar 30 ilə yaxındır ki, davam edir. “No TAV” hərəkatının fəalları layihənin Suza dərəsinin ətraf mühitinə ehtimal olunan mənfi təsirini, eləcə də tikintinin əsassız hesab etdikləri yüksək dəyərini əsas gətirərək onun reallaşdırılmasına qarşı çıxırlar.

Məryəm

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir