“ABŞ-İran razılaşmasının yekunlaşması günlər çəkə bilər” – Rubio
“ABŞ-İran razılaşmasının mətni ilə bağlı razılığın əldə edilməsi bir neçə gün çəkə bilər”.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mark Rubio mayın 26-da Hindistanın Caypur şəhərində öz təyyarəsində jurnalistlərə bildirib.
Rubio həmçinin Yaxın Şərq boğazlarında, o cümlədən Hörmüz boğazı vasitəsilə sərbəst naviqasiyanın bərpasına çağırıb. O bildirib ki, su yolu bu və ya digər şəkildə açılacaq.
“Boğazlar açıq olmalıdır, onlar bu və ya digər şəkildə açıq olacaq, ona görə də açıq olmalıdırlar”, – deyə dövlət katibi qeyd edib.
Yeganə