Çin Filippini Cənubi Çin dənizindəki hərəkətlərini dayandırmağa çağırıb
Çin Filippini Pekinin hüquqlarını pozan hərəkətləri dayandırmağa, həmçinin Cənubi Çin dənizində təxribatlardan və media aksiyalarından imtina etməyə çağırıb.
Elchi.az xəbər verir ki, bu barədə “Xinhua” məlumat verir.
Müvafiq bəyanatla Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Ciyan Huanqyan adası (Skarboro rifi) rayonunda baş verən son insidentləri şərh edərkən çıxış edib.
O bildirib ki, Çin Sahil Mühafizəsi Pekinin iddiasına görə bu sulara qəsdən daxil olan Filippin gəmilərinin hərəkətlərinə artıq qiymət verib. Lin Ciyan vurğulayıb ki, Huanqyan adası Çinin ayrılmaz tərkib hissəsidir, ölkənin suverenliyi və təhlükəsizliyinin qorunması tədbirləri isə qanuni, peşəkar və əsaslandırılmış xarakter daşıyır.
Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi həmçinin Manilanı insidenti işıqlandırmaq və gərginliyi süni şəkildə artırmaq üçün jurnalistləri yenidən gəmilərin göyərtəsinə dəvət etməkdə ittiham edərək, Filippini regiondakı əsas qeyri-sabitlik mənbəyi adlandırıb.
Məryəm