İspaniya F-18 qırıcılarının xidmət müddətini 2040-cı ilə qədər uzadır

Reklam sahəsi

İspaniya yeni nəsil FCAS qırıcılarının yaradılması üzrə Avropa proqramının icrasındakı gecikmələr və əlçatan alternativaların olmaması səbəbindən F-18 qırıcılarının istismar müddətini uzatmaq qərarına gəlib.

Elchi.az xəbər verir ki, bu barədə “Euractiv” məlumat verir.

Müdafiə Nazirliyi “Indra” şirkətinə avionika üçün yeni sınaq stendləri hazırlamağı tapşırıb ki, bu da 60-dan çox F-18 təyyarəsinin xidmət müddətini 2040-cı ilə qədər uzatmağa imkan verəcək. Həmin vaxta qədər bu təyyarələrin yaşı 50-ni ötəcək.

“Bu, müvəqqəti tədbirlərdən başqa bir şey deyil”, — deyə müdafiə məsələləri üzrə müstəqil məsləhətçi Enrike Navarro Gil qeyd edib.

O bildirib ki, İspaniya artıq 45 edəd “Eurofighter Halcón I” və “Halcón II” qırıcısı sifariş edib, lakin onların tədarükü növbəti onilliyə qədər uzanacaq. F-18-lər sıradan çıxarıldıqdan sonra ölkənin Hərbi Hava Qüvvələri faktiki olaraq yalnız bir növ döyüş təyyarəsi ilə — “Eurofighter” ilə qalacaq.

F-18-lərin xidmət müddətinin uzadılması əlavə xərclər tələb edəcək. Hökumətdən bildirirlər ki, təyyarələrin modernləşdirilməsi və texniki xidməti daha mürəkkəb və baha başa gələcək.

Mümkün alternativalardan biri Amerikanın F-35 qırıcıları ola bilərdi, lakin İspaniya Avropanın müdafiə sənayesinə üstünlük verərək onların satınalınmasını dayandırıb. Bu addım, həmçinin 2032-ci ilə qədər istismardan çıxarılacaq göyərtə əsaslı “Harrier” təyyarələrinin əvəzlənməsini də çətinləşdirir.

Navarronun fikrincə, belə bir qərar İspaniya üçün müdafiə sahəsində “əhəmiyyətli strateji boşluq” yaradır.

Məryəm

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir