Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub

Reklam sahəsi



26 may 2026, 19:05

Mayın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

Dövlət başçıları müqəddəs Qurban bayramı münasibətilə bir-birlərinə təbriklərini çatdırıb, Azərbaycan və İran xalqlarına firavanlıq və ruzi-bərəkət arzulayıblar.

İran İslam Respublikasının Prezidenti ölkəsinin üzləşdiyi ağır günlərdə Azərbaycanın göstərdiyi humanitar yardımlara görə bir daha təşəkkürünü bildirib.

Prezident İlham Əliyev öz növbəsində qeyd edib ki, Azərbaycan və İran yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birinin yanındadır.

Telefon söhbəti zamanı ikitərəfli əlaqələrin inkişafı və perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir