İspaniyada meşə yanğınlarına görə fövqəladə vəziyyət elan edildi
İspaniya Daxili İşlər Naziri Fernando Qrande-Marlaska paytaxt Madrid və ətrafındakı meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan etdiklərini açıqladı.
Elchi.az xəbər verir ki, İspaniyanın RTVE yayım təşkilatının məlumatına görə, İspaniya Daxili İşlər Nazirliyi Madrid və ətrafında davam edən meşə yanğınları ilə bağlı yazılı açıqlama verib.
Bəyanatda nazir Qrande-Marlaskanın meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan etdiyi bildirilir.
Digər tərəfdən, hakimiyyət orqanları yanğınların yaşayış məntəqələrini təhdid etməsi və nəzarətdən çıxması halında ehtiyat tədbirləri də nəzərdən keçirir.
Madrid regional administrasiyasının məlumatına görə, meşə yanğınları ilə bağlı vəziyyət “kritik” səviyyədə qalır və bölgədəki 3 böyük yanğın hələ də nəzarət altına alınmayıb.
Şayəstə