Dron hücumundan sonra İraq-Küveyt sərhədindəki keçid məntəqəsi bağlayıb
İraq və Küveyt sərhədində yerləşən “Əl-Abdali” sərhəd-keçid məntəqəsi pilotsuz uçuş aparatının hücumu nəticəsində fəaliyyətini dayandırıb.
Elchi.az xəbər verir ki, bu barədə “INA” agentliyi məlumat yayıb.
Təhlükəsizlik strukturlarındakı mənbələrin bildirdiyinə görə, “İraq tərəfi dron zərbəsindən sonra “Əl-Abdali” sərhəd-keçid məntəqəsinin müvəqqəti bağlanması barədə Küveyt hakimiyyətindən bildiriş alıb”.
Küveyt ordusunun verdiyi məlumata görə, dron hücumu nəticəsində “keçid məntəqəsinə maddi ziyan dəyib, xəsarət alan yoxdur”.
“Al Hadath” telekanalı qeyd edir ki, İraq hakimiyyəti “Əl-Abdali” sərhəd-keçid məntəqəsindəki insident fonunda qonşu əmirliklə sərhədin müvəqqəti bağlanması barədə göstəriş verib.
Məryəm