Bolqarıstan ABŞ təyyarələrinin bazasında yerləşdirilməsinə razılıq verib

Reklam sahəsi

Bolqarıstan parlamentinin deputatları ölkənin cənub-şərqindəki Bezmer kəndi yaxınlığında yerləşən aviabazada ABŞ-nin yanacaqdolduran təyyarələrinin yerləşdirilməsinə səs veriblər.

Elchi.az xəbər verir ki, bu barədə Bolqarıstan Milli Radiosu məlumat yayıb.

Məlumata görə, qərar “Tərəqqipərvər Bolqarıstan” və “Hüquq və Azadlıqlar Hərəkatı” partiyalarından olan 135 deputatın səsi ilə qəbul edilib. 13 parlamentari əleyhinə səs verib, müxalifətdə olan Demokratik Qüvvələr İttifaqı, “Demokratik Bolqarıstan” və “Dəyişikliklərə davam” partiyaları isə səsvermədə iştirak etməyiblər.

Məryəm

 

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir