Konqo DR və Uqandada Ebola qızdırmasından ölənlərin sayı 1 000 nəfəri keçib

Reklam sahəsi

KDR və Uqandada davam edən Ebola qızdırması alovlanması nəticəsində həyatını itirənlərin sayısı 1 000 nəfəri ötüb.

Elchi.az xəbər verir ki, “Xinhua” agentliyinin hər iki ölkənin Səhiyyə nazirliklərinə istinadən verdiyi məlumata görə, iyulun 20-si vəziyyətinə əsasən KDR-də 2 473 yoluxma və 999 ölüm halı təsdiqlənib. Uqandada isə 20 yoluxma və iki ölüm faktı qeydə alınıb. Beləliklə, ümumi qurbanların sayı 1 001 nəfərə çatıb.

Bundibuqyo virusunun səbəb olduğu bu alovlanma mayın 15-də KDR-in şərqindəki İturi əyalətində elan edilib, daha sonra ölkənin bir neçə digər regionuna yayılıb. Hazırda 737 xəstə müalicə alır, daha 482 nəfər isə sağalıb.

Məryəm

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir