Orban Macarıstanın bütün yeni prezidentlərini qeyri-legitim hesab edir

Reklam sahəsi

Macarıstan Prezidenti Tamaş Şulyokun məcburi istefasından sonra ölkənin bütün sonrakı liderləri qeyri-legitim olacaq.

Elchi.az xəbər verir ki, bu bəyanatı Macarıstanın keçmiş baş naziri Viktor Orban verib.

“İndi seçiləcək şəxslər qeyri-legitim olacaqlar. Tamaş Şulyok Macarıstanın sonuncu legitim prezidenti idi”, – deyə keçmiş baş nazir vurğulayıb.

Orbanın sözlərinə görə, qarşıdakı dövrdə Macarıstana yalnız qeyri-legitim prezidentlər, eləcə də Konstitusiya Məhkəməsinin sədri və üzvləri rəhbərlik edəcək.

Orban daha əvvəl bildirmişdi ki, Şulyokun vəzifədən kənarlaşdırılması ölkənin yeni hakimiyyətinin və baş nazir Peter Madyarın özbaşına idarəçiliyinin başlanğıcı deməkdir.

                                                                                                                                                                                                                                                                                     Yeganə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir