Qayana sahillərində bərə qəzasında ölənlərin sayı 27-yə çatıb
Qayana sahillərində bərə qəzasında ölənlərin sayı 27-yə çatıb, itkin düşmüş 83 nəfərin axtarışı və xilasetmə əməliyyatları davam edir.
Elchi.az xəbər verir ki, Qayanın Baş naziri Mark Filips MV Barima bərəsində baş verən itkilərlə bağlı mətbuata açıqlama verib.
Filips bildirib ki, ölənlərin sayı 27-yə, sağ qalanların sayı isə 69-a çatıb.
O, əlavə edib ki, bərə çevrildikdən sonra itkin düşən 83 nəfərin axtarışı və xilasetmə əməliyyatları davam edir və qəza ilə bağlı araşdırma başlanıb.
Filips rəsmi qeydlərdə göyərtədə 133 sərnişinin olduğu bildirilsə də, araşdırmalar nəticəsində göyərtədə 18 heyət üzvü də daxil olmaqla ümumilikdə 179 nəfərin olduğu məlum olub.
MV Barima bərə 19 iyulda Corctaundan Port Kaytumaya gedərkən çevrilib.
Şayəstə