Kremldən Avropa ilə danışıqlar barədə ŞƏRH

Reklam sahəsi

“Rusiya Avropa siyasətçilərinin Moskva ilə dialoqun bərpası zərurəti barədə bəyanatlarını qeyd edir, lakin praktikada bu siqnallar reallıqda öz əksini tapmır”.

Elchi.az xəbər verir ki, bu fikirləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Biz bu məzmunda çoxlu bəyanatlar və Avropa siyasətçiləri, o cümlədən Almaniyadakı siyasətçilər arasında geniş müzakirələr eşidirik. Lakin praktik baxımdan bu, həmin ölkələrin real siyasətində öz əksini tapmır”, – deyə Kremlin sözçüsü bildirib.

Eyni zamanda, Peskov vurğuladı ki, Moskva Avropa ölkələri ilə dialoqa açıq qalır:

“Lakin, əlbəttə ki, dialoq bərpa olunacağı təqdirdə biz həmişə əldə etdiyimiz təcrübəyə əsaslanacağıq”, – deyə mətbuat katibi əlavə etdi.

Daha əvvəl “The Times” nəşri adı açıqlanmayan mənbəyə istinadən xəbər vermişdi ki, Berlinin Moskva ilə dialoqa yanaşması daha praqmatik və konstruktiv xarakter alıb. Nəşr qeyd edirdi ki, Almaniyanın Rusiya ilə danışıqlar məsələsindəki mövqeyində “əhval-ruhiyyə dəyişikliyi” baş verib və əlaqə kanallarının yaradılması istiqamətində sərbəst şəkildə əlaqələndirilən təşəbbüslər üzərində iş aparılır.

                                                                                                                                                                                                                                                                           Yeganə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir