Küveyt MN: İranın PUA hücumu nəticəsində ölkə hərbçiləri yaralanıb

Reklam sahəsi

İranın pilotsuz uçuş aparatları (PUA) vasitəsilə bir sıra hərbi obyektlərə endirdiyi zərbələr nəticəsində Küveyt Silahlı Qüvvələrinin bir neçə hərbi qulluqçusu yaralanıb.

Elchi.az xəbər verir ki, bu barədə əmirliyin Müdafiə Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

Qurumun bəyanatına əsasən, ordu baş qərargahının rəhbərliyi “bu gün səhər İranın hücumu zamanı Küveyt ordusunun bir sıra obyekt və düşərgələrinin pilotsuz aparatlarla atəşə tutulması nəticəsində yaralanmış Küveyt quru qoşunlarının bir neçə hərbi qulluqçusunu” ziyarət edib.

Məryəm

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir