Netanyahu Trampı qəzəbləndirdi
ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahunun Amerika liderinin Türkiyəyə F-35 qırıcıları tədarükü planlarını tənqid etməsindən sonra ondan narazı qalıb.
Elchi.az xəbər verir ki, Ağ Ev rəsmisi bildirib ki, Tramp Netanyahunun sözlərinə görə qəzəblənib.
Netanyahu daha əvvəl F-35 qırıcılarının Türkiyəyə təhvil verilməsinin Yaxın Şərqdə güc balansını pozacağı fikrini ifadə etmişdi, çünki Ankara aqressiv niyyətlər daşıyır.
Bundan əvvəl Trampın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ABŞ F-35 qırıcılarının Türkiyəyə satışına şəxsən qoyduğu qadağanı ləğv etməyə hazır olduğu barədə məlumat verə biləcəyi ortaya çıxıb.
Yeganə