Lula da Silva: Braziliya ABŞ-nin rüsumlarına cavab olaraq qarşılıqlılıq qanununu işə salır

Reklam sahəsi

Braziliya rəhbərliyi ABŞ-nin Braziliya mallarına yeni 25 faizlik rüsumlar tətbiq etmək qərarına cavab olaraq iqtisadi qarşılıqlılıq barədə milli qanunu dərhal işə salacaq.

Elchi.az xəbər verir ki, bu barədə respublika prezidenti Luis İnasio Lula da Silva bəyan edib.

“Braziliya dərhal qarşılıqlılıq qanununda nəzərdə tutulmuş mümkün cavab tədbirlərinin təhlilinə başlayacaq, həmçinin ÜTT-nin (Ümumdünya Ticarət Təşkilatı — red.) mübahisələrin həlli mexanizmi çərçivəsində müzakirələri bərpa edəcək”, — deyə dövlət başçısı “X” sosial şəbəkəsində yazıb.

Prezident vurğulayıb ki, Braziliya rəhbərliyi artıq milli iqtisadiyyatın müdafiəsi planını hazırlayıb və bu plan ABŞ-nin “qanunsuz və özbaşına tətbiq etdiyi” tariflərdən zərər çəkmiş sektorlara dəstək verəcək. Bundan əlavə, Braziliya yeni xarici satış bazarları açmaq niyyətindədir.

Məryəm

 

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir