Latviya “SENTINEL” radarlarını Litvaya təhvil verib
Baltikyanı ölkələr regional hava hücumundan müdafiəni gücləndirir: Litva Latviyadan ödənişsiz olaraq “SENTINEL” radarlarını qəbul edib.
Elchi.az xəbər verir ki, bu barədə iyulun 16-sı, cümə axşamı günü Litva Müdafiə Nazirliyi məlumat yayıb.
Litvanın müdafiə naziri Robertas Kaunas qeyd edib ki, “SENTINEL” radarlarının əsas vəzifəsi hədəflərin aşkarlanması və izlənilməsi barədə dəqiq məlumat verməklə “NASAMS” sistemi vasitəsilə hava hədəflərinin məhv edilməsi əməliyyatlarının həyata keçirilməsini təmin etməkdir.
“Bu radarlar mümkün təhdidlərə daha effektiv reaksiya verməyə və vətəndaşlarımızın təhlükəsizliyini qorumağa kömək edəcək. Regionun təhlükəsizliyinin gücləndirilməsində göstərdikləri davamlı əməkdaşlığa görə Latviya və ABŞ-yə təşəkkür edirəm”, — deyə Kaunas bildirib.
ABŞ-nin təklifini nəzərə alan Latviya özünün hava hücumundan müdafiə ehtiyacları üçün digər sistemlərdən istifadə etdiyindən, radarları Litvaya təhvil vermək qərarına gəlib.
Məryəm