İran XİN rəhbəri Qətərin keçmiş əmirinin vəfatı ilə bağlı Dohaya gedib
İranın xarici işlər naziri Abbas Əraqçi Qətərin keçmiş əmiri şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar xatirəsini yad etmək və başsağlığı vermək üçün Dohaya gəlib.
Elchi.az xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, İran xarici siyasət idarəsinin rəhbəri mərhum monarxa ehtiramını bildirəcək. Şeyx Həməd bin Xəlifə Əl Taninin vəfatı ilə əlaqədar Qətərdə milli matəm elan olunub. Ölkənin hazırkı əmiri şeyx Təmim bin Həməd Al Tani Dohaya gələn xarici dövlət və hökumət başçılarının, həmçinin yüksəkvəzifəli rəsmi şəxslərin başsağlıqlarını qəbul edir.
Məryəm