FHN: Şüvəlanda dənizdə batan 19 yaşlı qızın axtarışlarına helikopter cəlb olunub – VİDEO

Reklam sahəsi

İyulun 6-da Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2007-ci il təvəllüdlü Məmmədzadə Zeynəb Rasim qızının axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən davam etdirilir.

Nazirliyin Mətbuat xidmətindən Elchi.az-a verilən məlumata görə, axtarışlar FHN-in Aviasiya dəstəsinin, Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin qüvvələri tərəfindən fasiləsiz olaraq həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir