Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başlayıb

Reklam sahəsi

Bu gündən 2026/2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin (MİQ) test imtahanı mərhələsinə start verilib.

Elchi.az xəbər verir ki, test imtahanları iyulun 18-dək ölkənin 19 şəhərində yerləşən 38 imtahan mərkəzində təşkil olunub.

Test imtahanında namizədlərin ixtisas bilikləri, tədris metodikası və pedaqoji yanaşmalar üzrə hazırlıq səviyyəsi qiymətləndirilir.

Müsabiqənin növbəti mərhələlərinə test imtahanında müəyyən edilmiş keçid balını toplayan namizədlər buraxılacaqlar.

 

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir