Ukrayna Rusiyanın dərinliklərinə zərbələri artırmaq üçün yeni komandanlıq yaradıb

Reklam sahəsi

Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrdə yeni xüsusi komandanlığın yaradılması haqqında fərman imzalayıb.

Elchi.az xəbər verir ki, bu barədə Zelenski “Telegram” kanalında videomüraciətində bildirib.

Onun sözlərinə görə, yeni komandanlıq Rusiyanın hərbi potensialına uzaqmənzilli zərbələr endirilməsi istiqamətində fəaliyyət göstərəcək və bu məqsəd üçün mövcud bütün resursları cəmləşdirəcək.

Zelenski, həmçinin Ukraynanın Hücum Qoşunlarında islahatların aparılacağını açıqlayıb. O bildirib ki, şəxsi heyətlə bağlı problemlərin aradan qaldırılması üçün tədbirlər görüləcək və komandanlıq səviyyəsində də dəyişikliklər ediləcək.

Prezident eyni zamanda Birləşmiş Çevik Reaksiya Qüvvələrinin yaradıldığını elan edib. Onun sözlərinə görə, bu, Ukrayna Silahlı Qüvvələrinin yeni qoşun növü olacaq. Yeni struktur hücum qoşunlarını pilotsuz sistemlər, artilleriya və digər döyüş vasitələri ilə birləşdirərək cəbhədə operativ reaksiyanı gücləndirməyi hədəfləyir.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir