Tehranda partlayış səslərinin səbəbi məlum oldu – YENİLƏNDİ
İranın Tehran əyalətinin şərqində eşidilən partlayış səsləri partlamamış sursatların zərərsizləşdirilməsi ilə əlaqədar olub.
Elchi.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, ixtisaslaşmış xidmətlər İranla ABŞ arasında aktiv hərbi əməliyyatlar dövründən qalan partlamamış sursatları məhv ediblər.
***
10:51
İranda Tehran əyalətinin şərqində partlayış səsləri eşidilib.
Bu barədə “Fars” agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə bir neçə dəqiqə əvvəl baş verib.
Hadisənin səbəbi və digər təfərrüatlar barədə hələlik əlavə məlumat verilməyib.