Şimali Kiprin Prezidenti xəstəxanaya yerləşdirilib

Reklam sahəsi

Şimali Kiprin Prezidenti Tufan Erhürman xəstəxanaya yerləşdirilib.

Elchi.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

“Paytaxt Lefkoşadakı keçmiş prezidentlik binasında keçirilən tədbirdə halı pisləşən Erhürman təcili tibbi yardım maşını ilə Dr. Burhan Nalbantoğlu Dövlət Xəstəxanasının Kardiologiya Şöbəsinə aparılaraq müalicə altına alınıb”, – məlumatda bildirilib.

Qeyd olunub ki, Prezident Tufan Erhürmanın qan təzyiqinin düşməsi ilə əlaqədar halı pisləşib.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir