Britaniya polisi keçmiş deputat Enn Uiddekombun qətlini araşdırır
Britaniya polisi bu gün daha əvvəl ölüm xəbəri yayılan, lakin ölümünün səbəbi açıqlanmayan keçmiş deputat və siyasətçi Enn Uiddikombun qətli ilə bağlı araşdırmaya başlayıb.
Elchi.az Britaniya mediasına istinadən xəbər verir ki, 78 yaşlı Uiddekomb bu gün səhər evində ölü tapılıb.
Hadisə yerində kriminalistlər işləyir, evin ətrafındakı ərazi mühasirəyə alınıb. Müstəntiqlər ev-ev gəzərək yoxlama aparır və təhlükəsizlik kameralarının, videoreqistratorların və qapı videozənglərinin qeydlərini incələyirlər. Ərazidə polislərin iştirakı gücləndirilib.
“Məhz nə baş verdiyini müəyyənləşdirmək və hadisəyə görə məsuliyyət daşıyan şəxsi tapmaq üçün bütün zəruri resursları cəlb edirik. Biz onun ağdərili bir kişi olduğunu ehtimal edirik”, – baş inspektor İlona Rosson deyib.
Daha əvvəl heç bir təfərrüat verilmədən yalnız Uiddekombun ölümü barədə xəbərlər yayılmışdı. Siyasətçi 1987-ci ildən 2010-cu ilə qədər Mühafizəkarlar Partiyasından Britaniya parlamentinin deputatı olub və Con Meycor hökumətində nazir vəzifələrində çalışıb. O, 2019-cu ildə “Brexit Party”yə qoşulub və Avropa Parlamentinin deputatı seçilib, daha sonra isə siyasi fəaliyyətini “Reform UK”də davam etdirib.
Uiddekomb, həmçinin BBC-nin “Strictly Come Dancing” şousu da daxil olmaqla, televiziya layihələrindəki iştirakı sayəsində geniş tanınmışdı.