Tokayev Trampı Qazaxıstana dəvət edib

Reklam sahəsi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev amerikalı həmkarı Donald Tramp ilə telefon danışığı aparıb.

Elchi.az xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunduğu kimi, Tokayev Trampı iyulun 4-də qeyd olunan ABŞ müstəqilliyinin 250 illiyi münasibətilə təbrik edib. “Söhbət zamanı ikitərəfli iqtisadi əməkdaşlıq və siyasi qarşılıqlı fəaliyyət məsələlərinə dair fikir mübadiləsi aparılıb. Kasım-Jomart Tokayev ötən ilin noyabrında Vaşinqtona səfəri zamanı əldə olunmuş mühüm razılaşmaların icrasındakı yüksək dinamikanı qeyd edib. Kasım-Jomart Tokayev Donald Trampı özünə uyğun olan bir vaxtda Qazaxıstana səfərə dəvət edib”, — deyə məlumatda bildirilir.

Məryəm

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir