FİFA Venesueladakı zəlzələdən zərər çəkənlərə 1 milyon dollar yardım ayıracaq

Reklam sahəsi

FİFA Fondu Venesuelada baş vermiş dağıdıcı zəlzələdən zərər çəkənlərə kömək məqsədilə 1 milyon dollar ayıracaq.

Elchi.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti xəbər yayıb.

“Bu inanılmaz dərəcədə çətin sınaq dövründə Venesuela xalqı dünya futbol ailəsinin tam dəstəyinə sahibdir. Futbol, xüsusilə böhran anlarında, birləşdirmək və ümid vermək kimi unikal bir qabiliyyətə malikdir”, — deyə FİFA prezidenti Canni İnfantino bildirib.

İyulun 9-na olan məlumata görə, iyunun 24-də baş vermiş zəlzələ nəticəsində 3 889 nəfər həlak olub, daha 16 740 nəfər isə yaralanıb. 17 907 insan evsiz qalıb. 190 bina tamamilə dağılıb, daha 856-sı isə ciddi ziyan görüb. Axtarış-xilasetmə əməliyyatı zamanı 6 462 nəfəri xilas etmək mümkün olub.

Məryəm

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir