İspaniyada baş verən meşə yanğınında 11 nəfər həlak olub
İspaniyanın cənubundakı Andalusiya bölgəsindəki Almeriyanın bir rayonu olan Los Gallardosda baş verən meşə yanğınında on bir nəfər həlak olub.
Elchi.az xəbər verir ki, Jandarma və Mülki Müdafiə qurumlarının açıqlamasında bildirilir ki, bu səhər Los Gallardosda başlayan meşə yanğını ən azı 11 nəfərin ölümünə səbəb olub.
Yanğının başladığı ərazidə hər birində bir cəsəd olan 3 tamamilə yanmış nəqliyyat vasitəsinin, eləcə də Bedar şəhərinə aparan yolun yaxınlığında daha 8 yanmış cəsədin tapıldığı açıqlanıb.
Mərhumun şəxsiyyətinin müəyyənləşdirilməsi üçün işlərə başlandığı və genişmiqyaslı fəlakətlər üzrə ixtisaslaşmış məhkəmə-tibb ekspertiza qrupunun hadisə yerini araşdırdığı bildirilib.
Los Gallardosdakı meşə yanğınının ölkə tarixindəki ən faciəli yanğınlardan biri olduğu və ölənlərin sayının 17 iyul 2005-ci ildə Qvadalaxaradakı Riba de Saeliçesdə baş verən və 11 nəfərin ölümünə səbəb olan yanğınla müqayisə edilə biləcəyi bildirilib. Əndəlüs muxtar hökuməti, meşə yanğını səbəbindən Los Qallardos bölgəsində 1400 insanın ehtiyat tədbiri olaraq təxliyə edildiyini və Hərbi Təcili Yardım Bölməsinin (HFB) 70 nəqliyyat vasitəsi və 200 nəfərlik heyətlə yanğınsöndürmə işlərində iştirak etdiyini açıqladı. Malaqa və Almeriya ətrafındakı yanğınlar da daxil olmaqla, Əndəlüs bölgəsində davam edən meşə yanğınlarının söndürülməsi səyləri həm yerdə, həm də havadan davam edir.
Şayəstə