Çinin şimal-qərbində torpaq sürüşməsi nəticəsində 21 nəfər həlak olub
Dünən Çinin şimal-qərbindəki Qansu əyalətinin Lonnan şəhərinin Nanhe rayonunda baş verən torpaq sürüşməsi nəticəsində 21 nəfərin öldüyü bildirilir.
Elchi.az xəbər verir ki, Çin Qlobal Televiziya Şəbəkəsinin (CGTN) məlumatına görə, rəsmilər dünən Nanhedə baş verən torpaq sürüşməsi ilə bağlı açıqlamalar veriblər. Baş verən torpaq sürüşməsi nəticəsində 33 nəfər həlak olub.
Rəsmilər torpaq altında qalanlardan 21-nin öldüyünü, 7 nəfərin yüngül yaralandığını və 5 nəfərin xilas edildiyini bildiriblər. Həmçinin axtarış-xilasetmə əməliyyatlarının başa çatdığını bildiriblər.
Dünənki torpaq sürüşməsində 33 nəfər torpaq altında qalıb və fəlakətdən zərər çəkmiş kəndlilər təhlükəsiz ərazilərə təxliyə edilib.
Şayəstə