Ukrayna və Niderland dronların birgə istehsalı haqqında saziş imzalayıb
Ukrayna Prezidenti Volodimir Zelenski və Niderlandın Baş naziri Rob Yetten dronlar sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.
Elchi.az “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, sənədin imzalanma mərasimi NATO-nun Ankarada keçirilən sammitinin kuluarlarında təşkil olunan müdafiə forumu çərçivəsində baş tutub.
“Komandalarımızın Drone Deal-i hazırlamasına çox şadıq”, – Zelenski bildirib.
Daha əvvəl Ukrayna Estoniya ilə dronlar sahəsində əməkdaşlıq haqqında saziş imzalamışdı.