Kanada Ukraynaya 900 milyon dollarlıq yeni hərbi və iqtisadi yardım paketi ayırır

Reklam sahəsi

Kanadanın Baş naziri hökumətinin Ukraynaya 900 milyon dollar məbləğində yardım elan edəcəyini bildirib.

Elchi.az “Avropeyskaya pravda”ya istinadən xəbər verir ki, o, bu barədə Ankarada Prezident Zelenski ilə görüşünün əvvəlində bəyan edib.

Mark Karni yaxın vaxtlarda rəsmi olaraq açıqlanacaq yeni yardım paketi barədə danışdıqlarını vurğulayıb.

“Kanada ortamüddətli perspektivdə yardım qismində 900 milyon dolların ayrılacağını elan etməlidir. Ortamüddətli perspektiv dedikdə mən yaxın ayları nəzərdə tuturam”, — deyə o, Zelenskiyə bildirib. Baş nazirin açıqlamasında söhbətin Kanada dollarından getdiyi dəqiqləşdirilməsə də, Kanadanın yardımları adətən məhz bu valyuta ilə hesablanır. 900 milyon Kanada dolları təxminən 633 milyon ABŞ dolları təşkil edir.

Onun sözlərinə görə, yardım paketinə nəqliyyat vasitələri, döyüş sursatları və s., həmçinin hava hücumundan müdafiə (HHM) vasitələri daxil olacaq. Zelenski isə öz növbəsində Ukraynanın artıq Kanadadan HHM paketi aldığını diqqətə çatdırıb.

Kanadanın Baş naziri həmçinin qeyd edib ki, ölkəsi energetika ehtiyaclarının ödənilməsində, eləcə də Ukrayna iqtisadiyyatının bərpası və gücləndirilməsində bu dövlətə yardımı davam etdirməyi planlaşdırır.

Məryəm

 

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir