FHN Oğuzda taxıl sahəsində baş verən yanğını söndürdü – VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon Oğuz rayonu, Bayan kəndində taxıl sahəsindəki avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Elchi.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Oğuz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən “MAN” markalı yük avtomobilinin kabinə hissəsində baş vermiş yanğın yük hissəsinə keçməsinə, habelə ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində yük avtomobilinin kabinə hissəsi və ön təkərləri yanıb.
Avtomobilin qalan hissəsi, yük yerinə yığılmış 25 ton buğda və əkin sahəsi yanğından mühafizə olunub.